Главная > İqtisadiyyat > Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq

Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq


5-08-2020, 11:39. Разместил: yeni321
Masallı şəhərinin 18 küçəsi asfaltlanacaq 

Pandemiya dövrünün çətinliklərinə baxmayaraq Masallı şəhəri, şəhərdaxili məhəllələr, ayrı-ayrı yaşayış məntəqələrində abadlıq-quruculuq işləri durmadan davam etdirilir, infrastruktur yaxşılaşdırılır, əvvəlki görülən müsbət işlərin üstünə yeniləri əlavə olunur. Son aylar həyata keçirilən abadlıq və mədəni quruculuq işləri şəhərin görkəmini xeyli dəyişmişdir. Şəhər müntəzəm olaraq təmizlənir, dezinfeksiya olunur, yaşıllaşdırma işləri aparılır, ağaclar suvarılır, səliqə-sahman yaradılır.
Avqustun 4-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sahibkarlar və bir qrup məsul şəxs şəhərin Təbriz, Niyazi, Nəsimi küçələrinə baxış keçirmiş, küçələrdə asfalt vurulması işlərilə yerində tanış olmuşlar.
Asfalt döşənəcək ərazidə — küçələrdə xeyli səliqə-sahman işləri görülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya, xüsusilə «Köhnə bazar» istiqamətindəki asfalt döşəməyə görə növbəti dəfə də rayon rəhbərinə minnətdarlıq ifadə ediblər. Sakinlərlə fərdi qaydada təmas məsafəsində görüşüb söhbət edən rayon rəhbəri koronavirus pandemiyası ilə əlaqədar rayonda karantin rejiminin tələblərinə ciddi əməl olunmasının vacibliyini, hər bir sakinin maska və digər tibbi ləvazimatlardan istifadəsinin zəruri olduğunu bildirib və maskalar paylanıb.
Masallı şəhərinə daxil olan 18 küçədə asfaltlama işləri yerinə yetiriləcək. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov həmin gün küçələrə baxıb gəzdikdən sonra Viləşçay Park-Bulvar Kompleksindəki son işlərlə tanış olub, inşaatçılara tapşırıqlarını verib.
Qeyd edək ki, avqustun 5-dən etibarən asfaltlaşdırma işlərinə start verilmişdir. Uzunluğu 700 metr, eni 4 metr olan Təbriz küçəsinə iri dənəli asfalt beton qarışığı örtüyünün alt qatı vurulmuşdur.
  
“Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад