Главная > İqtisadiyyat > MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR

MASALLI ŞƏHƏRİNİN KÜÇƏLƏRİ ASFALTLANIR


7-08-2020, 20:56. Разместил: yeni321
 

Rayon rəhbəri asfaltlanma işləri gedən küçələrə baxış keçirib

Masallı şəhərində, şəhərdaxili məhəllələrində yollar əsaslı təmir olunur.
Şəhər ərazisində Bəxtiyar Vahabzadə (uzunluğu 660 metr, eni 4 metr olan) və Zərifə Əliyeva (uzunluğu 350 metr) küçələrində asfaltlanma işləri tam yekunlaşmışdır.
Habelə Ələsgər Ələkbərov (uzunluğu 510 metr), Bülbül (uzunluğu 360 metr), Məhəmməd Hadi (uzunluğu 150 metr) və Əzim Əzimzadə (uzunluğu 150 metr) küçələrində iri dənəli asfalt beton qarışığından örtüyün alt qatı vurulmuşdur.
Avqustun 7-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov şəhərin Bəxtiyar Vahabzadə küçəsində asfaltvurulma işlərilə yerində tanış olmuşdur.
Asfalt döşənən ərazidə səliqə-sahman işləri görülüb.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov son işlərlə tanış olub, inşaatçılara tapşırıqlarını verib.
 Qeyd edək ki, Masallı şəhərinə daxil olan 18 küçədə asfaltlama işləri yerinə yetiriləcək. Hazırda bir neçə küçədə asfaltlanma işləri davam etdirilir.
 

“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад