Главная > İqtisadiyyat > Azərbaycanın növbəti ixrac missiyası Dubaydadır

Azərbaycanın növbəti ixrac missiyası Dubaydadır


5-12-2017, 14:56. Разместил: yeni321
Azərbaycanın növbəti ixrac missiyası Dubaydadır

Azərbaycanın növbəti ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindədir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, bal, çay, süd və süd məhsullarının, ət və ət məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri daxildir.
Azərbaycan iş adamları Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri ilə ikitərəfli görüşlər keçirib, Azərbaycan məhsullarının market və bazarlarda satış imkanları və distribüterlik məsələləri müzakirə olunub. Azərbaycanın “Brightman BMC” şirkətinin konservləşdirilmiş məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə və Banqladeşə ixracına dair “Al-maya” və “Lulu” marketlər şəbəkələri və “Al-Ghamdi trading” şirkəti ilə ilkin razılıq əldə edilib.
Azərbaycanın “Sunfood” şirkəti nar şirəsinin və çayın, “Kerkom” və “Azəri” şirkətləri isə balın Birləşmiş Ərəb Əmirliklərinə ixracına dair “Al-maya”, “Lulu”, “Al-Qudva” marketlər şəbəkələri ilə danışıqlara başlayıb.
İxrac missiyasının iştirakçıları, həmçinin bazar və iri marketlər şəbəkələrinin fəaliyyəti ilə tanış olublar.
AZƏRTAC.шаблоны для dle 11.2
Вернуться назад