Главная > İqtisadiyyat / Aqrar > MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR

MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR


9-08-2020, 10:40. Разместил: yeni321
MASALLIDA BİTKİÇİLİK SAHƏSİNDƏ QAZANILAN NƏTİCƏLƏR 

Masallı rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən aqrar sahənin inkişafı və bu sahədə olan problemlərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülmüşdür.
Rayonda bitkiçilik istehsalında yüksək məhsuldarlıq əldə olunmuş və bu sahədə işlər davam etdirilir. Belə ki, yazlıq əkinlərin sahəsi genişlədirilmiş, məhsul istehsalı xeyli artmışdır. Cari ilin faktiki qiyməti ilə 99947,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 41482,2 min manatı və ya 41,5 faizi isə bitkiçilik məhsularının payına düşür.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı 16,8 faiz artmışdır.
Cari ilin altı ayında 4205,1 hektar sahədə yazlıq əkinlər aparılmışdır. Əkinlərin 880,5 hektarını kartof, 2009,3 hektarını tərəvəz, 18,0 hektarını təzə yonca, qalan 1297,3 hektar digər bitkilər təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yazlıq əkinlər 0,5 faiz artmışdır. Yazlıq əkininlərin artımı əsasən tərəvəzin, kartof, çəltik və tütun bitkisinin artması hesabına olmuşdur.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад