Главная > İqtisadiyyat / Aqrar > Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər
Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər10-08-2020, 20:39. Разместил: yeni321 |
Ərkivan təsərrüfatçıları bu mövsümdə bol məhsul əldə ediblər Cari ilin məhsulu üçün Masallı rayonunun Ərkivan qəsəbəsində 5 hektar sahədə kartof, 2 hektarda soğan, 7 hektarda xiyar, 5 hektarda pomidor, 2 hektarda soğan, 2 hektarda sarımsaq, 1 hektarda zəfəran, 1 hektarda günəbaxan, 10 hektarda paxlalı bitkilər və s. olmaqla yazlıq əkinləri aparılıb. Təsərrüfatçılar bu mövsümdə bol məhsul əldə ediblər. Qəsəbədə çayçılığın inkişafı ilə əlaqədar mühüm addımlar atılır. Belə ki, Dövlət Proqramının icrası məqsədilə ərazidə Aqrar Məşğulluğun Artırılması Layihəsi (“AMAL”) çərçivəsində 2,2 hektar sahədə yeni çay plantasiyası salınıb. 4,5 hektar sahədə çəltik əkilib. Mövsümə uyğun olaraq məhsul tədarükü işləri davam etdirilir. Akif Ağayev, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |