Главная > İqtisadiyyat / Aqrar > Sərçuvarda bu il də pomidor boldur

Sərçuvarda bu il də pomidor boldur


10-08-2020, 20:59. Разместил: yeni321
MASALLI – Sərçuvarda bu il də pomidor boldur 

Masallı rayonunun Sərçuvar ərazisində bu mövsümdə 100 hektara yaxın sahədə pomidor əkilib. Məhsul istehsalçıları əkin sahəsində nümunəvi becərmə işləri apardıqları üçün plantasiyalarda məhsul ötən ildəki ilə müqayisədə qat-qat çoxdur.
Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri hər hektardan 20 tona qədər məhsul toplayırlar. Hələ sahələrdə məhsul çoxdur.
Fermerlərdən Rafiq Abdullayev, Hüseynağa Nəcəfov, Balakişi Səfərov yetişdirdikləri məhsulu itkisiz toplamaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад