Главная > İqtisadiyyat > MASALLIDA SƏNAYE

MASALLIDA SƏNAYE


10-08-2020, 21:05. Разместил: yeni321
MASALLIDA SƏNAYE 

Masallıda altı ay (yanvar-iyun 2020-ci il) ərzində 26 sənaye müəssisəsinin fəaliyyəti olmuşdur ki, bundan 5-i dövlət, 21-i özəl sektorda olan müəssisələrdir.
Fərdi sahibkarların və ev təsərrüfatlarının işini də nəzərə almaqla 28528,3 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 7,5 faiz çoxdur.
İstehsal olunmuş məhsulun və xidmətlərin 4042.6 min manatı (14,2 faizi) dövlət, 24485,7 min manatı (85,8 faizi) qeyri-dövlət sektoruna aiddir.
Sahə quruluşuna görə istehsal olunmuş sənaye məhsulunun 24,0 min manatı (0,1 faizi) mədəncıxarma sənayesinin, 24461,7 min manatı (85,7 faizi) emal sənayesinin, 3755,1 min manatı (13,2 faizi) elektrik enerjisi, qaz və buxar istehsalı, böluşdürülməsi və təchizatı müəssisələrinin, 287,5 min manatı (1,0 faizi) su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.

“Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад