Главная > İqtisadiyyat / Aqrar > MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib

MASALLI - Xılda 95, 6 hektarda çəltik əkilib


12-08-2020, 13:00. Разместил: yeni321
Xılda 95, 6 hektarda çəltik əkilib
 
Masallıda ənənəvi sahə olan çəltikçiliyin yenidən dirçəldilməsi torpaq mülkiyyətçilərinin böyük sevincinə səbəb olub. Hazırda rayonun çəltik sahələrində qızğın iş gedir.
Xıl ərazisində 95, 6 hektar torpaqda çəltik əkilib. Kənd sakinlərinin hər il əldə etdikləri bol məhsul onların bu sahəyə olan marağını artırıb. Fermerlərdən Səyavuş Nəzərov, Ruhlan Qədirov deyir ki, bu il də yüksək məhsul gözləyirik. Bütün aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetiririk. Əkin zamanı “Haşimi” və “Apolo” növlü düyü növünə daha çox üstünlük verilib.
Məhsul yığımına avqust ayının sonunda başlanılacaq.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад