Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir

Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir


19-08-2020, 19:30. Разместил: yeni321
Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir 

Yol infrastrukturunun yenidənqurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Masallı şəhərində abadlıq-quruculuq işləri davam etdirilir.
Şəhər ərazisində 18 küçənin asfaltlaşması ilə yanaşı, bir neçə küçə və parkda abadlıq-quruculuq işləri də aparılır.
O cümlədən Bəxtiyar Vahabzadə, Zərifə Əliyeva, “Azərbaycan” küçəsində hasarlar təmir edilir, piyada səkiləri, işıqlandırma sistemi yenidən qurulur.
Qeyd edək ki, səkilərdə əlil arabasının hərəkəti üçün panduslar quraşdırılacaq.
Xətai parkında isə beton plitələr yenisi ilə əvəzlənəcək, yeni oturacaqlar, işıqlandırma sistemi, ikigözlü sanitar qovşağı quraşdırılacaq, zibil qutuları qoyulacaq. Bundan əlavə parkın ərazisində əlavə hasar hörgüsü, piyada səkilərinin qurulması, yaşıllaşdırılma işləri görüləcək.
Artıq parkda abadlıq işlərinə start verilib. İlkin mərhələdə ərazidə metlax döşənməsi işləri aparılır.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az

 

 

 

шаблоны для dle 11.2
Вернуться назад