Главная > İqtisadiyyat / Aqrar > Masallıda üzüm yığımına, təkrar qarğıdalı əkininə başlanılıb

Masallıda üzüm yığımına, təkrar qarğıdalı əkininə başlanılıb


19-08-2020, 19:58. Разместил: yeni321
Masallıda üzüm yığımına başlanılıb, təkrar qarğıdalı əkilir 

Öncəqala kəndindən fermer Nizami Şıxəliyev 4 hektar sahədə üzüm yetişdirir. Bu il bağlar bol məhsulludur. Bu günlər üzüm plantasiyalarında nübar məhsul yığımı başlayıb. Bazarlara 5 tona yaxın süfrə üzümü göndərilmişdir.
Hər gün bazarlara 400-500 kiloqram məhsul göndərilir.
                                                                     ***
Mal-qara üçün çox vacib sulu-şirəli yem olan qarğıdalı ilin bütün fəsillərində heyvandarlara gərək olur. Odur ki, rayonda təzə şumlanmış torpaqlarda təkrar qarğıdalı əkilir. Rayonun Təklə, Qızılağac, Qarğalıq, Səmidxan və Çaxırlı ərazilərində 60 hektardan çox sahəyə təkrar qarğıdalı toxumu səpilib. Əkin davam etdirilir.
Qeyd edək ki, təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edir ki, rayonda mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад