Главная > İqtisadiyyat > MASALLI - Tüklə ərazisində küçələr təmir olunur

MASALLI - Tüklə ərazisində küçələr təmir olunur


21-08-2020, 14:15. Разместил: yeni321
Tüklə ərazisində küçələr təmir olunur

  Masallı rayonunda yeni asfalt yolların çəkilməsi ilə yanaşı, kənd yollarında da təmir işləri aparılır.
Payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması üçün kəndlərdəki məhəlləarası yollara qum-çınqıl döşənir, hamarlanır.
Tüklə ərazisinin Məmmədoba kəndində iki kilometr uzunluğunda mərkəzi və məhəlləarası küçələrə qum-çınqıl tökülüb.
Qeyd edək ki, ərazidəki təmir işləri bələdiyyə vəsaiti hesabına aparılır.
Küçədaxili yollarda həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən işlər sakinlər tərəfindən də razılıqla qarşılanır.
Cari təmir işləri davam etdirilir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад