Главная > İqtisadiyyat > MASALLI – Qızılağac və Öncəqala ərazilərində küçələrin təmiri

MASALLI – Qızılağac və Öncəqala ərazilərində küçələrin təmiri


24-08-2020, 16:41. Разместил: yeni321
Masallı rayonunun Qızılağac və Öncəqala ərazilərində küçələr təmir olunur

Qızılağac ərazisində kəndara yolların əsaslı təmirinə başlanılıb. Ənənəvi şəkildə aparılan yolların təmiri işləri kənd bələdiyyəsinin vəsaiti hesabına həyata keçirilir. Ümumilikdə kəndara yollarına 10 maşın çınqıl döşənib, qreyderlə hamarlanıb.
Öncəqala ərazisinin Hüseynhacılı kəndində də mərkəzi yola və məhəlləarası küçələrə qum-çınqıl tökülür.
Küçədaxili yollarda həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə görülən işlər sakinlər tərəfindən razılıqla qarşılanır.
Ərazilərdə cari təmir işləri davam etdirilir.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад