Главная > İqtisadiyyat > MASALLI - Yollarda payız-qış mövsümünə hazırlıq

MASALLI - Yollarda payız-qış mövsümünə hazırlıq


25-08-2020, 19:17. Разместил: yeni321
MASALLI - Yollarda payız-qış mövsümünə hazırlıq 

47 nömrəli Yol - İstismar MMC-nin kollektivi bir aydan çoxdur ki, payız-qış mövsümünə hazırlığa başlayıb və bu gün işlər sürətlə davam etdirilir.
Kollektiv Masallı-Yardımlı yolunun 17-ci kilometrinədək olan hissəsində, Masallı, Ərkivan və Qəriblər kəndlərindən keçən yolda cari təmir işlərini həyata keçirir.
47 nömrəli Yol - İstismar MMC-nin kollektivi Ələt-Astara yolunun Masallı rayonundan keçən 26 kilometrlik yolda da qışa hazırlığa başlayıblar. Burada yolun dağılmış hissəsi asfaltlanır, körpülər və siqnal dirəkləri rənglənir, ötürücü su borularının giriş-çıxış hissələri təmizlənir.
Təmir işləri sentyabr ayına kimi davam etdiriləcək.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад