Главная > İqtisadiyyat > MASALLI - “Azərbaycan” küçəsi abadlaşır

MASALLI - “Azərbaycan” küçəsi abadlaşır


27-08-2020, 13:42. Разместил: yeni321

“Azərbaycan” küçəsi abadlaşır 

Masallı şəhərində abadlıq-quruculuq işləri geniş vüsət alıb. Küçələr, park və meydanlar yenidən qurulur, səkilər yaradılır. Hasarlara suvaq çəkilir, fərdi yaşayış evlərinin qapıları rənglənir.
Avqustun 27-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov karantin qaydaları gözlənilməklə şəhərin “Azərbaycan” küçəsində olmuş, abadlıq-quruculuq, tikinti işləri ilə maraqlanmışdır.
Rayon rəhbəri burada çalışan fəhlələrin işi ilə tanış olmuş, iş icraçısına müvafiq tövsiyələrini bildirərək qeyd etmişdir ki, hasarların hündürlüyü simmetriya təşkil etməli, ağaclar insanların və maşınların hərəkətinə mane olmamalıdır.
Habelə rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov Milli Məclisin üzvü Məşhur Məmmədovla birlikdə yeni tikilən uşaq bağçasında gedən işlərlə yerində tanış olmuş, müvafiq tövsiyələrini vermişlər.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад