Главная > İqtisadiyyat > Böyük Kolatanda körpü təmir edilir

Böyük Kolatanda körpü təmir edilir


28-08-2020, 16:44. Разместил: yeni321
Böyük Kolatanda körpü təmir edilir

Kolatan ərazisində yolların təmiri və bərpası işləri davam etdirilir.
Bildiyimiz kimi 1450 metr uzunluğunda olan Böyük Kolatan-Seyidoba yolu asfaltlanıb.
Növbəti layihə çərçivəsində isə ərazinin Aşağı Kolatan adlanan hissəsində 100 metrə yaxın yolun torpaq qatı 2 metr qaldırılaraq, yolun üzərində olan körpünün təmirinə başlanılıb.
Təmir-bərpa işləri Milli Məclisin deputatı Anar İsgəndərovun təşəbbüsü, eləcə də kənddə və Rusiyada yaşayan imkanlı şəxslərin köməyi ilə həyata keçirilir.
Ərazidə yol infrastrukturunun yenidən qurulması işlərinin bundan sonra da davam etiriləcəyi bildirilib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад