Главная > İqtisadiyyat / Aqrar > Masallının fındıq bağları

Masallının fındıq bağları


1-09-2020, 18:26. Разместил: yeni321
Masallının fındıq bağları
 
FINDIQÇILIQ GƏLİRLİ SAHƏDİR
                               
Bağçılıq kənd təsərrüfatının əsas sahələrindəndir.
Gəlirli sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi məqsədilə Masallıda 5 hektarda fındıq bağı salınıb.
Bu təsərrüfat sahəsinin az zəhmət tələb etməsi və məhsulun satış qiymətinin münasib olması son zamanlar rayonda fındıqçılığa marağı xeyli artırıb. Bu sahədə ən çox təşəbbüs göstərən Güllütəpə kənd sakinləri Əlövsət Muradov və Xamməd Bağırov 3,2 hektar sahədə fındıq bağı salıblar. Habelə Kolatanda 1,1 hektarda, Təzə Alvadı isə 0,7 hektar ərazidə mövcud bağlarda bütün aqrotexniki tədbirlər mütəmadi olaraq həyata keçirilir.
İqlim şəraitinin Masallıda fındıq, qoz və digər meyvə bağlarının salınmasına imkan yaratdığını bildirən təsərrüfatçılar kənd adamlarını bu sahədə maarifləndirməyin, onlara maddi və mənəvi dəstək olmağın vacibliyini vurğulayırlar.
Fermerlər deyirlər ki, əvvəllər digər meyvə bağları salan torpaq mülkiyyətçiləri indi fındıqçılığa üstünlük verirlər.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад