Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl əkini üçün fermerlərə sertifikatlı toxumlar veriləcək

Masallıda taxıl əkini üçün fermerlərə sertifikatlı toxumlar veriləcək


4-09-2020, 22:17. Разместил: yeni321
Masallıda taxıl əkini üçün fermerlərə sertifikatlı toxumlar veriləcək 

Masallı rayonunun Qızılağac kəndində ötən ayın sonlarından payızlıq əkin üçün şum işlərinə başlanılıb. Əlverişli hava şəraitindən istifadə edən fermerlər payızlıq şumu optimal müddətə - sentyabr ayının sonuna başa çatdırmaq niyyətindədirlər.
Payızlıq şumunun kütləvi aparıldığı kəndlərdən biri də Qızılağacdır. Torpaq sahiblərinin sözlərinə görə, torpağa vaxtında aqrotexniki qulluq göstərdikdə bol məhsul əldə etmək olur.
Kənd sakini fermer İlqar Qafarov deyib: “Hazırda şumlanan sahə 1 hektar 20 sotdur. Bu sahəyə taxıl əkiləcək. Ötən il hər hektardan 2 ton-2 ton 800 kiloqram buğda götürmüşdük. Dövlət Aqrar İnkişaf Mərkəzinin köməyi ilə əraziyə gübrə verilir. Bu il 3 ton-3 ton 200 kiloqram məhsul götürməyi qarşıya məqsəd qoymuşuq”.
Digər sakin Elmar Həsənov isə bildirib ki, sahələr gübrələnəcək, torpaq yenidən malalanacaq: “İkinci şumdan sonra taxıl əkininə başlayacağıq. Sahəmizdən hər hektara 30 sentner taxıl yığırıq. Hazırda şumlanan yer 2 hektardır. İnşallah gələcəkdə fikrimiz var ki, sahələri artıraq”.
Qeyd edək ki, payızlıq və yazlıq əkinlər üçün Masallı rayonunda, ümumilikdə, 16 min hektar sahə şumlanmalıdır. Fermerləri həvəsləndirən daha bir yenilik isə yaxın müddətdə Masallı rayon DAİM-i tərəfindən fermerlərə yeni sertifikatlı toxumların verilməsidir.
Masallı rayon DAİM–in baş məsləhətçisi Hasil Hüseynov bildirib ki, bu günədək rayonda 2 min 500 hektardan çox taxıl sahəsində şum qaldırılıb. “Bundan sonra ikinci şum aparılacaq, gübrə veriləcək. Yaxın günlərdə toxum gətirilməsini nəzərdə tutmuşuq. Fermerlər bu barədə məlumatlandırılıb və onlara sertifikatlı toxumlar paylanılacaq”.
Qeyd edək ki, Masallıda bundan sonra daha 13 min hektar sahədə şum aparılması qarşıya məqsəd qoyulub.шаблоны для dle 11.2
Вернуться назад