Главная > İqtisadiyyat / Aqrar > MASALLI - Şərəfə kəndində fermer təsərrüfatı
MASALLI - Şərəfə kəndində fermer təsərrüfatı5-09-2020, 12:34. Разместил: yeni321 |
![]() Masallı rayonunun Şərəfə kəndində fermer fəaliyyəti ilə məşğul olan “Tərəqqi” medallı Rafət Abasov bolluq uğrunda mübarizəsini tək çiyələk yetişdirməklə bitirmir. O, icarəyə götürdüyü 23 hektar torpağın 12 hektarında buğda, 3 hektarında arpa, 4 hektarında kartof və 1 hektarında soğan yetişdirib. Kartofun hər hektarından 25 ton məhsul götürüb. Faraş məhsulu Rusiyaya göndərməyə nail olduğundan gəliri xeyli artırıb. Çiyələkçiliyi inkişaf etdirmək üçün daha 3 hektar sahədə əkinə hazırlıq işləri gedir. Qabaqcıl fermerin yaratdığı kollektivdə 10-15 nəfər çalışır. Onların 6-sı ərazinin özündən, qalanı ətraf kəndlərdən gəlir. Fermer R. Abasov deyir ki, hər birinin zəhməti düzgün dəyərini tapır – 300-350 manat arası məbləğində əmək haqqı alırlar. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |