Главная > İqtisadiyyat / Aqrar > Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü

Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü


8-09-2020, 13:09. Разместил: yeni321
Masallıda bostan və tərəvəz bitkilərinin tədarükü

Bostançılıq və tərəvəzçilik Masallı rayonuna gəlir gətirən sahələrdəndir.
Bir neçə ildir ki, Xırmandalı, Təklə, Həsənli ərazilərində bu bostamçılıqla məşğul olan fermerlər qarpız, yemiş, qabaq tarlalarından bol məhsul yığıb alıcılara satırlar.
Bu il rayon üzrə 8557 sentner qarpız, 39253 sentner yemiş, 5145 sentner qabaq dərib alıcılara satmışlar.

Masallıda 315 hektar sahədən 91822 sentner xiyar tədarük olunub.
Bu il təsərrüfatlarda 315 hektarda xiyar əkilmiş, mövsümün əvvəlindən bəri bazarlara 91822 sentner məhsul göndərilmişdir.

Vacib tərəvəzlərdən sayılan sarımsaq əkini əvvəlki illərə nisbətən azalsa da fermerlər əkilən sahələrdə məhsul yığımını başa çatdırmışlar. Onlar 92,5 hektar sahədən 14578 sentner sarımsaq istehsal edə bilmişlər.
Hazırda növbəti ilin məhsulu üçün hazırlıq işləri gedir. Torpaq şumlanır, toxum, peyin tədarük olunur.

Bu il rayonun təsərrüfatlarında günəbaxan əkini diqqətdə olmuşdur. Fermerlər 42,3 hektar sahədə günəbaxan yetişdirmiş, 907.2 sentner günəbaxan dəni istehsal etmişlər.
Məhsul yığımı davam edir.

“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад