Главная > İqtisadiyyat / Aqrar > Cəviz gəlirli və ixracyönümlüdür

Cəviz gəlirli və ixracyönümlüdür


8-09-2020, 21:58. Разместил: yeni321
Cəviz gəlirli və ixracyönümlüdür 

Son illər respublikamızda qoz bağlarının salınması geniş vüsət almışdır. Qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə Masallıda da davamlı iş aparılır.
Rayonda bu təsərrüfat sahəsinə Kolatan ərazisində üstünlük verilib. Kənd sakini Rəzzaq İsmayılov bir il öncə bağ salmaq məqsədilə 0,4 hektar payıbəlli torpaq sahəsini qoz bitkisi üçün yararlı hala salıb. Burada Xaçmaz rayonundan gətirdiyi 100 ədəd yumşaq qabıqlı cəviz tingi əkib.
Torpaq mülkiyyətçisi deyir ki, bağda ailə üzvlərimiz çalışır. Vaxtaşırı ağaclara aqrotexniki qulluq göstərilir – xüsusi texnika ilə cərgəaraları şumlanır, agacların dibləri bellənir, tinglərə mineral gübrələr verilir və s. Əməyimizin bəhrəsini gördükdən, təsərrüfatımızı genişləndirdikdən sonra əhalinin köməyindən də istifadə etmək nəzərdə tutulur. Bu məhsul çox gəlirli və ixracyönümlüdür.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад