Главная > İqtisadiyyat / Aqrar > Qara gavalı yaxşı qazanc gətirən meyvədir

Qara gavalı yaxşı qazanc gətirən meyvədir


8-09-2020, 22:06. Разместил: yeni321
Qara gavalı yaxşı qazanc gətirən meyvədir

Yeni iqtisadi reallıqlar ölkəmizdə aqrar sektorun inkişafının vacibliyini ortaya qoyur. Masallıda kənd təsərrüfatının ixrac potensialı yüksək olan yeni təsərrüfat sahələrinin yaradılması və inkişaf etdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir.
Rayondakı gavalı və göyəm bağlarının sahəsi 2,75 hektardır.
Viləş kəndindən olan fermer Bəylər Bədəlov 2 hektar sahədə 9 il öncə Ukraynadan gətirdiyi qara gavalı tingləri əkib. Bu sahənin qazanclı olduğunu vurğulayan təsərrüfatçı deyir: “Rayonun digər ərazilərində də bu cür meyvə bağları salmaq böyük iqtisadi fayda verə bilər. Su problemimiz yaranmazsa təsərrüfat sahəsini genişləndirmək fikrim var. Çünki torpaq bizə yaşamaq, rifahımızı yaxşılaşdırmaq üçün verilib. Onu əkib-becərmək hər bir kəndlinin ümdə vəzifəsidir.”
Məlumat üçün bildirək ki, bu çəyirdəkli meyvə bitkisi həm də qurudularaq qışa saxlanılır. Bu faydalı meyənin insan sağlamlığına çox müsbət təsiri var.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад