Главная > İqtisadiyyat / Aqrar > Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində


8-09-2020, 22:18. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şərəfə kəndində 

Masallı RİH başçısı Şərəfə kəndinin təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanış olub
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bunu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatlardan, məqsədyönlü tədbirlərdən də aydın görmək olar. Son illər ölkə Prezidenti İlham Əliyev və dövlətimiz tərəfindən verilən dəstək sayəsində kənd təsərrüfatı ilə məşğul olan fermerlər öz əkin sahələrini genişləndirməyə çalışır, aqrar sektorda bu sahənin inkişaf etməsi üçün töhfələrini verməyə çalışırlar.
Respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da ölkə iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan kənd təsərrüfatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov tərəfindən kənd təsərrüfatı sahəsinə göstərilən diqqət və qayğının, sahibkarlara, kənd adamlarına olan səmimi münasibətin nəticəsidir ki, Masallıda əkin sahələri genişləndirilir.
08 sentyabr 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Şərəfə kəndinin təsərrüfat sahələrində olub, istər üzümün, istərsə də tərəvəzçiliyin mövcud vəziyyəti ilə maraqlanıb. Üzümçü sahibkar Əliməmməd Ziyadov, tərəvəzçi sahibkar İlkin Şükürov yetişdirdiklkəri məhsulun keyfiyyəti, mövcud bazar qiymətləri barədə məlumat vermişlər.
Rayon rəhbəri üzüm yığımının indiki qızğın çağında əkin sahələrindən alıcılara kimi çatdırılması istiqamətində məqsədyönlü işlərdən danışıb. İcra başçısı bu sahədə tapşırıq və tövsiyələrini verib.


 

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад