Главная > İqtisadiyyat / Aqrar > Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir
Gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir9-09-2020, 11:30. Разместил: yeni321 |
![]() Masallı rayonunun Təzə Alvadı kəndində 0,20 hektar sahədə salınmış gilas bağında suvarma damcı üsulu ilə həyata keçirilir. Təsərrüfatçı Ələsgər Fətullayev bildirib ki, 10 il əvvəl əkilən gilas ağaclarından 7 ildir ki,məhsul toplanır. Hər ağaca görə məhsuldarlıq 30 kiloqram təşkil edir. Bağda 100-ə yaxın barverən ağ, qırmızı, “Öküzürəyi” və başqa gilas növləri becərilir. Ə.Fətullayev damcılı suvarma üsulunun bir çox üstünlüklərini qeyd edib: “Su damcıladıcılar vasitəsilə birbaşa bitkinin kökünə çatdırılır. Həmçinin su ilə birlikdə ehtiyac olan gübrələri də bitkiyə ötürmək olur. Suya da qənaət edilir.” Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |