Главная > İqtisadiyyat > Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir

Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir


9-09-2020, 19:27. Разместил: yeni321
Tüklə ərazisinin Məmmədoba kəndində yollar təmir edilir

Masallıda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Şəhərlə yanaşı qəsəbə və kəndlərdə də yolların abadlığına xüsusi diqqət yetirlilr.
Rayonunun Tüklə ərazisində yolların təmiri davam etdirilir.
Tüklə bələdiyyəsi və ərazi nümayəndəliyinin köməyi ilə Məmmədoba kəndinin yollarında qışa hazırlıq məqsədilə cari təmir işləri həyata keçirilir. Kəndin mərkəzi və məhəlləarası yollarına qum-çınqıl döşənir, tökülmüş çınqıllar xüsusi texnikalar vasitəsilə hamarlanır.
Yolların yararlı hala salınması istiqamətində görülən işləri sakinlər razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar.
Kənddaxili yollarda təmir işləri davam etdirilir.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад