Главная > İqtisadiyyat / Aqrar > Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb

Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb


10-09-2020, 22:24. Разместил: yeni321
Masallı RİH başçısı arıçının təsərrüfatı ilə maraqlanıb

Arıçılıq gəlirli sahədir. Yetər ki, onun sirlərinə vaqif olasan. Zəngin floraya malik olan Masallıda son illər arıçılığın inkişafı istiqamətində məqsədyönlü iş aparılır, bu sahəyə diqqət artırılır. Arıçılıqla məşğul olanların sayı da artmaqdadır. Hazırda rayon ərazisində 564 arıçıda 9918 arı ailəsi mövcuddur.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov mahmudavarlı arıçı İsa İbadovun təsərrüfatı ilə maraqlanıb.
Ailə təsərrüfatı barədə məlumat verən İsa İbadov bildirib ki, hazırda vegetasiya dövrüdür, qışa hazırlıq işləri görülür. Hər bir arı ailəsinə görə dövlət tərəfindən subsidiyaların verilməsi zərərvericilərə qarşı vaxtında mübarizə aparmağa şərait yaradır.
Məhsuldarlığın təməlində bir neçə amil mühüm rol oynayır. Ən önəmlisi, mövsüm boyu arıların yerinin dəyişdirilməsi, yəni onları daha çox şirə çəkə biləcək məkanlara daşınmasıdır. Bu proses xərc tələb etsə də, daha keyfiyyətli bal əldə etməyin yollarındandır. Keyfiyyətli balın isə müştərisi həmişə olur.
İxtisasca müəllim olan təsərrüfatçı səkkiz ildir ki, arıçılıqla məşğuldur. Təsərrüfatında 40-a yaxın arı ailəsi bəsləyir.
Həyətində yüzə yaxın meyvə ağacı olan təsərrüfatçı qeyd edib ki, arıları payız-qış mövsümündə öz təsərrüfatımda saxlayır, may ayının əvvəlində isə qonşu Aran rayonlarına aparıram. Arılar akasiya, biyan, yağtikanı, dəvətikanı, cökə, yolğun, böyürtkən, yonca və digər çiçəklərdən bal toplayırlar.
İ.İbadov mövsümə müvafiq, təbiətin gəlişinə uyğun olaraq hər yeşikdən 20-25 kiloqram bal götürdüyünü deyib. Onun dediyinə görə, gəliri də pis deyil. İldə iki dəfə - may və sentyabr aylarında qutular açılır, bal süzülür.
Təcrübəli arıçı deyib ki, bal, çiçək tozu, arı südü, vərəmum, mum, arı zəhəri və sair arıçılıq məhsullarının istehsal edildiyi bu təsərrüfat sahəsi həm də insanların sağlamlığı baxımından olduqca əhəmiyyətlidir.
Onu da qeyd edək ki, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaradıcısı, Prezident təqaüdçüsü Şirvan Əbilov da bu kənddəndir. Sentyabrın 10-da “Tərəqqi” medallı ağsaqqalın 88 yaşı tamam olub.
Şirvan Əbilovla telefon əlaqəsi saxlayaraq, ad günü münasibətilə onu təbrik edən RİH başçısı Şahin Məmmədov ötən əsrin 90-cı illərində ölkədəki özbaşınalığı, xaosu görüb Naxçıvana gedərək ümummilli lider Heydər Əliyevlə görüşən bu tanınmış ictimai xadimi Vətəninə, dövlətinə, Ulu Öndərə, dövlətimizin başçısına sədaqətli insan kimi xarakterizə edib.
Sonda İcra başçısı təsərrüfatçıya tövsiyələrini verib.
Arıçı İ.İbadov səmimi görüşdən məmnunluğunu bildirib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад