Главная > İqtisadiyyat > MASALLI – Kolatan ərazisində yollar təmir edilir

MASALLI – Kolatan ərazisində yollar təmir edilir


15-09-2020, 19:46. Разместил: yeni321
Kolatan ərazisində yollar təmir edilir 

Masallıda yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Şəhərlə yanaşı qəsəbə və kəndlərdə də yolların abadlığına xüsusi diqqət yetirilir.
Rayonun Kolatan kəndi ərazisində təzə salınan körpü yolu hissəsinin təmiri davam etdirilir.
Kolatan bələdiyyəsi və ərazi nümayəndəliyindən aldığımız məlumata görə Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Milli Məclisin deputatı Anar İsgəndərovun köməyi ilə kəndin həmin yolu hissəsində qışa hazırlıq məqsədilə cari təmir işləri həyata keçirilir. 300 metrə yaxın yola 16 maşın qum tökülüb, texnika vasitəsilə yayılıb. 3 maşın çınqıl qumu isə təzə salınan yolun üstünə döşənir, hamarlanır.
Yeni salınan körpü yolunun yararlı hala salınması istiqamətində görülən işləri sakinlər razılıq və minnətdarlıq hissi ilə qarşılayırlar.
Yolda təmir işləri davam etdirilir.

“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад