Главная > İqtisadiyyat > Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir

Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir


16-09-2020, 13:35. Разместил: yeni321
Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri davam edir 

Masallı rayonunun Ərkivan qəsəbəsində abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.
Belə ki, bu günlərdə qəsəbənin xeyirxah insanları tərəfindən ərazidə küçələrə qum və çınqıl döşənmiş, su kanallarının təmizlənməsi işləri görülmüşdür.
Qəsəbə ərazi nümayəndəsi Sabiq Cahangirov və bələdiyyə sədri Əmrah Mazanov qeyd etmişlər ki, ərazidə mərkəzi yolun kənarları kollardan, məişət tullantılarından təmizlənib, ağaclara, güllərə qulluq edilib və görülmüş bütün işlər karantin rejiminin tələblərinə riayət olunmaqla aparılmışdır.
Qəsəbədə abadlıq-quruculuq işləri mərhələli şəkildə davam etdirilir.

“Yeni həyat”,      
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад