Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq genişlənir

Masallı şəhərində abadlıq genişlənir


16-09-2020, 14:12. Разместил: yeni321
Masallı şəhərində abadlıq genişlənir

Masallıda quruculuq işləri davam etdirilir. Küçələrin asfaltlanması, səkilərin qurulması, arxların təmizlənməsi şəhərin görüntüsünə yeni naxışlar vurur.
Quruculuq işləri bir an belə səngimir. Xətai parkında əsaslı təmir davam edir. Suaparıcı arxlar yaradılır, parkda səkilər salınır, Tomet daşlar düzülür.
S.Vurğun, Z.Əliyeva, Azərbaycan, B.Vahabzadə, Xətai küçələrində səkilər yaradılır, adamların və nəqliyyatın hərəkətinə mane olan ağaclar budanır.
Cahangir, Qurtuluş, C.Cabbarlı, Digah, Babək, II Dadva küçələrinə çınqıl tökülüb yayılmışdır. Bu da payız-qış aylarında sakinlərin rahat gediş-gəlişini təmin edəcəkdir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад