Главная > İqtisadiyyat / Manşet > Masallı Sənaye Məhəlləsində işlər sürətlə davam etdirilir
Masallı Sənaye Məhəlləsində işlər sürətlə davam etdirilir28-08-2017, 15:32. Разместил: yeni321 |
Tikinti işlərinin qrafikə uyğun aparılması məqsədilə Sənaye Məhəlləsində su, elektrik təminatı kimi müvəqqəti infrastruktur yaradılıb, zəruri texnika iş prosesinə cəlb edilib, mal-materialların saxlanması üçün müvəqqəti anbarlar quraşdırılıb, işçilərin normal iş şəraitinin təmin olunması üçün yeməkxana və sanitar qovşaq tikilib. Masallı Sənaye Məhəlləsində həyata keçirilən tikinti işlərinə 200 nəfərə yaxın işçi cəlb olunub. Onların əksəriyyəti yerli sakinlərdir. Tikintinin layihə rəhbəri Qurban Burcəliyev bildirib ki, ərazidə tikinti sahəsində planlaşdırılmış işin 20 faizi icra olunub. Tikinti işlərinin 2018-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulub. Birinci mərhələdə Sənaye Məhəlləsində ümumi sahəsi 7006 kvadratmetr olan üç istehsalat korpusu, sahəsi 1251 kvadratmetr olan ikimərtəbəli inzibati bina və digər köməkçi sahələr tikiləcək, ərazidə zəruri infrastruktur (elektrik, qaz, su və rabitə) yaradılacaq. Masallı Sənaye Məhəlləsinə sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq sahibkarlar tərəfindən ümumi dəyəri 33 milyon manatdan çox olan 33 layihə təklifi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nə təqdim olunub. Sahibkar Fikrət Babayev deyib: “Masallı rayonunda sənaye parkının açılması bizə o üstünlükləri verir ki, biz primitiv, kustar üsulla ev şəraitindən işləməkdən azad olacağıq. Mən Azərbaycanda analoqu olmayan gəmi kanatlarının istehsalına başlamaq istəyirəm”. Sahibkar Fəxrəddin Baxışov bildirib: “Biz burada yeni bir müəssisə yaradırıq. Bu müəssisədə tikinti sahəsində üç profildə istehsal müəyyənləşdirilir-elektrod, kəsmə daşları və mismar. Tikintidə işlədilən mismarlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir. Biz bu məqsədlə Sənaye Məhəlləsinə müraciət etmişik”. Qeyd edək ki, bu Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Вернуться назад |