Главная > İqtisadiyyat > Masallı şəhərinin Xətai parkında abadlıq işləri genişlənir

Masallı şəhərinin Xətai parkında abadlıq işləri genişlənir


22-09-2020, 14:33. Разместил: yeni321
Masallı şəhərinin Xətai parkında abadlıq işləri genişlənir 

Masallıda quruculuq işləri davam etdirilir. Küçələrin asfaltlanması, səkilərin qurulması, arxların təmizlənməsi şəhərin görüntüsünə yeni naxışlar vurur.
Quruculuq işləri bir an belə səngimir.
Xətai parkında bu günlər daha çox əmək coşğunluğu hiss olunur. İnşaatçılar parkda əsaslı təmiri davam etdirirlər. Suaparıcı arxlar yaradılır, parkda səkilər salınır, tomet daşlar düzülür. Parkda görülən işlər səliqəli inşaatçı əməyindən xəbər verir. İnşaatçılar hər hansı işi görmək üçün təmkinlə, səbrlə işləyirlər. Onlar bilirlər ki, əllərindən çıxan hər hansı işə minlərlə, yüzlərlə vətəndaş qiymət verəcək. Ona görə keyfiyyəti də unutmurlar.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад