Главная > İqtisadiyyat / Aqrar > Masallı RİH başçısı çəltik biçini zamanı mövcud vəziyyətlə maraqlanıb

Masallı RİH başçısı çəltik biçini zamanı mövcud vəziyyətlə maraqlanıb


25-09-2020, 20:12. Разместил: yeni321
Masallı RİH başçısı çəltik biçini zamanı mövcud vəziyyətlə maraqlanıb 

Sentyabrın 25-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Şıxlar və Yeddioymaq ərazilərindəki çəltik tarlalarında olmuş, biçin işlərinin gedişi ilə yaxından maraqlanmışdır.
Fermerlər Hicran Babayeva və Teymur Şamıyev biçilən məhsulun keyfiyyəti, mövcud bazar qiymətləri barədə məlumat vermişlər. Şıxlar ərazisində 34,6 hektarda, İkinci Yeddioymaq ərazisində isə 10 hektar sahədə çəltik əkilib. Fermerlər bu il əldə ediləcək məhsuldarlığın yüksək olacağını əminliklə bildiriblər. Biçin üçün bütün texniki vasitələr sahəyə cəlb olunmuşdur. Məhsul biçini "Aqroservis" ASC-nin Masallı bölməsinin "Kubota" markalı müasir, mini və digər çəltik biçən kombaynlar vasitəsilə həyata keçirilir. Təsərrüfatçıların qənaətinə görə bu rezin tırtırlı “Kubota” kombaynı məhsulu itkisiz yığır.
Diqqətə çatdırılıb ki, "Apola" növlü çəltiyin 1 hektara olan məhsuldarlığı 4,5-5 ton, "Haşimi" sortunda isə bu rəqəm 3,5-3,7 ton təşkil edir. Təsərrüfat sahibləri gələn il əkin sahələrini daha genişləndirəcəklərini deyiblər.
Rayon rəhbəri çəltik biçini zamanı məhsulun keyfiyyəti, emalı, satışı ilə bağlı məqsədyönlü işlərdən bəhs edib: Əgər torpağı qoruyub əkmiriksə, ona əbəs yerə sahiblənməyə mənəvi haqqımız yoxdur. İqtisadi rentabelli kənd təsərrüfatı sahələri, xüsusilə bu qiymətli məhsulun yetişdirilməsinə diqqət ildən-ilə artırılmalıdır. Həmçinin güzəştli şərtlərlə kənd təsərrüfatı avadanlığı və texnikasının alınmasından ötrü dövlətimiz fermerlər üçün geniş imkanlar yaradıb. İlbəil əldə etdiyiniz gəlirlər hesabına bundan yararlana, təsərrüfat sahələrini genişləndirə, rifahınızı daha da yaxşılaşdıra bilərsiniz.
İcra başçısı Şahin Məmmədov təsərrüfat sahələrindəki mövcud vəziyyətlə tanışlıq zamanı karantin qaydalarına riayət olunmaqla təsərrüfatçıların problemləri ilə maraqlanıb, onlara tapşırıq və tövsiyələrini verib.

 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад