Главная > İqtisadiyyat > Masallının Qəriblər ərazisində payız-qış mövsümünə hazırlıq

Masallının Qəriblər ərazisində payız-qış mövsümünə hazırlıq


1-10-2020, 21:43. Разместил: yeni321
Qəriblərdə payız-qış mövsümünə hazırlıq 

Masallı rayonunda payız-qış mövsümünə hazırlıqla bağlı cari işlər görülməkdədir.
İstər şəhər, istərsə də qəsəbə və kəndlərdə sakinlərin rahatlığı, küçə və yolların təmiri, ərazilərin abadlığı üçün müxtəlif tədbirlər həyata keçirilir.
Qəriblər ərazisində 2 kilometr məsafədə kəndarası yollara qum-çınqıl tükülərək hamarlanıb. Abadlıq-quruculuq işləri çərçivəsində yolboyu işıq dirəkləri təmir edilib, işıqlandırıcı lampalar yenilərilə əvəz edilib.
Hazırda ərazidə əsas magistral yolətrafı və kəndarası suötürücü kanalların təmizlənməsi işləri aparılır.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад