Главная > İqtisadiyyat / Aqrar > Masallıda payızlıq taxıl səpininə başlanılıb

Masallıda payızlıq taxıl səpininə başlanılıb


3-10-2020, 14:28. Разместил: yeni321
Masallıda payızlıq arpa və buğda səpininə başlanılıb 

Masallıda payızlıq əkinlərə start verilib.
Bu günədək rayonun 15 inzibati ərazi dairəsində 940 hektardan çox sahədə səpin aparılıb. Bunun 204 hektarı buğda, 292 hektarı arpa, 444 hektarı vələmirdir.
Cari mövsümdə payızlıq səpin aparılması üçün sahələrdə həmçinin şum işləri davam edir. Şumun vurulması, əkinə hazırlanması və səpin aparılması üçün tarlalara gün ərzində xeyli texnika çıxarılır.
Rayonda toxumluq taxıla və gübrəyə olan tələbat tam ödənilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад