Главная > İqtisadiyyat / Aqrar > Masallıda tütün tədarükü davam edir
Masallıda tütün tədarükü davam edir5-10-2020, 18:51. Разместил: yeni321 |
Masallıda tütün tədarükü davam edir Son illər aqrar sahəyə dövlət dəstəyinin artırılması Masallıda unudulmaqda olan tütünçülüyə marağı artırıb. Belə ki, cari ildə rayonda 40-dan çox fermer 51 hektar sahədə tütün əkib-becərir. Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və s. ərazilərində məhsul yığımı aparılır. Fermerlərin sözlərinə görə tütünçülük rayon üçün gəlirli sahələrdən hesab edilir. Rayonda məhsulun daha çox "Trabzon" və "İmmenium" sortları əkilib-becərilir. Bundan əlavə Masallı rayonunda 2020-ci ildə ilk dəfə olaraq tütünün "Berley" sortu əkilib. Bu sort bölgənin torpaq-iqlim şəraitinə görə daha əlverişli hesab edilir. Həm də ənənəvi sortlardan 2 dəfə çox məhsul verir. Yığılan yarpaqlar ipə düzülərək hava şəraitindən asılı olaraq 3-5 gün ərzində qurudulur və bağlanmış müqavilə əsasında tədarük məntəqəsinə təhvil verilir. Bu günədək sahələrindən 32,476 ton quru tütün yarpağı yığılaraq Şəki şəhərində yerləşən “İlham-M” MMC-yə təhvil verilmişdir. Fermerlər hazırda quru tütünün 1 kiloqramını 2 manat 40 qəpiyə təhvil verirlər. Təsərrüfat sahibləri bildirirlər ki, bu qiymət onları qane edir. Ona görə də rayonda ənənəvi tütünçülüyə maraq ildən-ilə artıb. Masallı rayonunda uzun illik fasilədən sonra ənənəvi əkin sahələrindən olan tütünçülük yenidən bərpa olunub. Artıq altıncı ildir ki, rayonda tütün əkilir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |