Главная > İqtisadiyyat / Aqrar > Masallıda 7454 hektar sahədə yay şumu vurulub

Masallıda 7454 hektar sahədə yay şumu vurulub


9-10-2020, 16:38. Разместил: yeni321
 Masallıda 7454 hektar sahədə yay şumu vurulub 

Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin və süfrələrinin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Bu barədə fermerlərlə aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir.
Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan fermerlər və fiziki şəxslər bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər.
Bu günədək mexanizatorlar 7454 hektar sahədə yay şumu vurublar.
2021-ci ilin məhsulu üçün Masallı rayonunun təsərrüfatlarında ümumilikdə 14622 hektar şum vurulması proqnozlaşdırılır.
Hazırda rayonda yay şumu sürətlə davam etdirilir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад