Главная > İqtisadiyyat / Aqrar > Masallılı fermerin ordumuza dəstəyi

Masallılı fermerin ordumuza dəstəyi


10-10-2020, 17:32. Разместил: yeni321

Masallılı fermerin ordumuza dəstəyi 

Bu günlərdə hər insan öz sahəsi üzrə könüllü olaraq Azərbaycan əsgərinə həm maddi, həm də mənəvi yardım etmək istəyir.
Masallı rayonunun Şərəfə kənd sakini Rafət Abbasov çiyələk sahəsindən yığılan 1 tona yaxın məhsulu qablaşdıraraq cəbhə xəttinə yola salıb.
“Bu il sahədə məhsul boldur. Becərdiyimiz çiyələkləri toplayaraq cəbhə bölgəsinə göndərməyi qərara almışam. Vətənin bu dar günündə Ali Baş Komandanın və əsgərlərimizin ətrafında sıx birləşmişik. Onlar əmin olsunlar ki, biz Masallı fermerləri də onların yanındayıq”, - deyə Rafət Abbasov bildirib.
Qabaqcıl fermer 3 hektardan çox sahədə çiyələk əkib. Bu il 35 tondan çox məhsul əldə edib. Yığım hər il sentyabrda başa çatsa da, bu il oktyabrın sonuna kimi davam edəcək.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад