Главная > İqtisadiyyat / Aqrar > Masallıda fermerlərə səyyar xidmət göstərilir

Masallıda fermerlərə səyyar xidmət göstərilir


10-10-2020, 17:39. Разместил: yeni321
Masallıda fermerlərə səyyar xidmət göstərilir 

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə fermerlərə səyyar xidmətləri davam etdirir. Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Oktyabrın 10-da fermerlərə növbəti aqrar səyyar xidmət Masallı rayonunun Xıl kəndi ərazisində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş fermerlərə "Fermer kartı" verilib. Bundan başqa, xidmət əməkdaşları fermerlərə payızlıq əkinlərin bəyanı ilə bağlı məlumatları EKTİS-ə daxil etməkdə texniki kömək ediblər. Xıl kəndində EKTİS-də qeydiyyatdan keçmiş 200-dək fermerə səyyar aqrar xidmət göstərilib. Səyyar xidmət göstərən qrupa İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları daxildir.Səyyar xidmət mikroavtobusları növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, surətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Fermerlərin diqqətinə çatdırılıb ki, 2020-ci ildən başlayaraq Azərbaycanda aqrar subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir. EKTİS-də qeydiyyatdan keçmiş fermerlər öz şəxsi kabinetlərinə daxil olaraq əkin məlumatlarını bəyan etməlidir. Dövlət tərəfindən fermerlərə veriləcək subsidiyanın miqdarı əkilmiş məhsulun növündən asılı olaraq dəyişir. Bu səbəbdən əkinlərin bəyan edilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqində mühüm mərhələ sayılır. Səyyar xidmətdən yararlanmaq istəyən fermerlərin təkcə şəxsiyyət vəsiqəsi ilə müraciət etməsi kifayətdir.
Növbəti günlərdə qrafik üzrə Masallı rayonunun digər kəndlərində də fermerlərə səyyar aqrar xidmət göstərəcək.
 
 “Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад