Главная > İqtisadiyyat / Aqrar > Qızılağac ərazisində tütün əkib becərilir
Qızılağac ərazisində tütün əkib becərilir26-10-2020, 07:01. Разместил: yeni321 |
Qızılağac ərazisində tütün əkib becərilir Masallı rayonunda artıq altıncı ildir tütün becərilir. Bu il 40-dan çox fermer, ümumilikdə, 50 hektar sahədə tütün əkib. Hazırda rayonun Qızılağac, Xırmandalı, Şərəfə, Bədəlan və digər kəndlərində yaş tütün yarpağı yığımı davam edir, qurudulur, qəbul məntəqələrinə təhvil verilir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə Qızılağacda kəndində istehsal olunan 5,74 ton quru tütün tədarük müəssisəsinə təhvil verilib. Ötən il 2 hektar sahədə tütün əkib 5 ton məhsul götürən Şamil Məmmədov qeyd edib ki, cari mövsüm ərzində sahələrə daha yaxşı aqrotexniki qulluq göstərilib. Ona görə ki, dövlətimiz bu sahənin inkişafı üçün biz fermerlərə hər cür dəstək verir. Hal-hazırda quru tütünün 1 kiloqramı 2 manat 40 qəpiyə təhvil verilir. Yəqin ki, oktyabrın axırına qədər tütün yığımı davam edəcək. Qed edək ki, Qızılağac kəndindəki təsərrüfatda on nəfər işçi çalışır. Təcrübəli tütünçü Mahirə Nurullayeva danışır ki, çörək elə evimizin içindədir. Gələn il on hektarda tütün əkməyi proqnozlaşdırırıq. Əkin sahələri nə qədər çox olsa, məhsulumuz da bol olar, çörəyimiz də. Axı, bu torpaqlar vaxtilə gözləniləndən də çox məhsul verib... Qeyd edək ki, Qızılağac əməkçiləri 2020-ci ilin məhsulu üçün üç hektar sahədə tütün əkib becərmişlər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |