Главная > İqtisadiyyat > MASALLIDA TİKİNTİ
MASALLIDA TİKİNTİ4-11-2020, 17:40. Разместил: yeni321 |
MASALLIDA TİKİNTİ Cari ilin doqquz ayında Masallı rayonunda 36797,1 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bunun da 1027,1 min manatı dövlət mülkiyyətinin, 35770,0 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Bütün maliyyə mənbələrindən əsas kapitala 51537,5 min manat investisiya yönəldilmişdir. Yönəldilmiş investisiyanın 15747,1 min manatı dövlət, 35790,4 min manatı qeyri-dövlət mülkiyyətinin payına düşür. Bu investisiyadan 47971,6 min manatı tikinti quraşdırma işlərində istifadə edilmişdir. İnvestisiyanın isə 13969,7 min manatını dövlət, 34001,9 min manatını qeyri-dövlət mülkiyyəti təşkil edir. 2020-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatının əsas sahələrindən olan tikinti bölməsində fəaliyyət göstərmiş tikinti müəssisələri tərəfindən öz gücləri ilə 1708,9 min manat və ya əvvəlki ilin müvafiq dövründəkinin 52,7 faizi qədər tikinti işləri yerinə yetirilmişdir. 1269,5 min manatını (75,9 faizini) cari təmir işləri, 71,1 min manatını (4,2 faizini) sair tikinti işləri təşkil etmişdir. Bildirirk ki, yerinə yetirilmiş tikinti işlərinin 1367,6 min manatı və ya 80,0 faizi dövlət mülkiyyətinin, 341,3 min manatı və ya 20,0 faizi qeyri dövlət mülkiyyəti hesabına olmuşdur. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |