Главная > İqtisadiyyat / Aqrar > Masallıda taxıl əkini gündən-günə sürətlənir

Masallıda taxıl əkini gündən-günə sürətlənir


4-11-2020, 17:47. Разместил: yeni321
Masallıda taxıl əkini gündən-günə sürətlənir 

Masallıda mexanizatorlar payızlıq taxıl əkinini gündən-günə sürətləndirirlər. Bu il əsasən buğda səpininə önəm verilir. Belə ki, taxılçılığın inkişafı əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rol oynayır. Masallıda torpaq mülkiyyətçilərinin texnika, toxum və gübrə təminatı taxılçılığın inkişafına və bol məhsul istehsalına imkan verir.
Masallı DAİM-in rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə 2020-ci ilin noyabrın 2-nə kimi rayon ərazisində 5412,6 hektar sahəyə buğda, 1723 hektar sahəyə arpa və 2456,5 hektar sahəyə vələmir toxumu səpilmişdir.
Əkində yerli şəraitə uyğun məhsuldar toxum sortlarından istifadə olunur.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığı uğurlu döyüşlər, bununla əlaqədar elan edilən hərbi vəziyyət şəraitində Masallı rayonunda kənd təsərrüfatı işlərinin ahəngdar gedişinin təmin olunması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilir.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад