Главная > İqtisadiyyat / Səhiyyə > Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi

Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək layihəsi


6-11-2020, 16:51. Разместил: yeni321
Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlar üçün dəstək layihəsi həyata keçirilir
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin tərəfdaşlığı ilə "Masallıda Qadınların Sosial İnkişafına Dəstək" İctimai Birliyinin icra etdiyi “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin təkmilləşdirilməsi” üzrə təlimlərin təşkili” layihəsi çərçivəsində üçgünlük onlayn təlimlər keçirilib.
Layihənin həyata keçirilməsində məqsəd qısa zaman ərzində “COVID-19” pandemiyasından zərər çəkmiş qadın sahibkarların iqtisadi biliklərinin artırılması və onların bizneslərinin təkmilləşməsinə nail olmaqdır.
Layihə çərçivəsində Masallı rayonunda yaşayan və fəaliyyət göstərən 25 qadın sahibkar pandemiya şəraitini nəzərə alaraq onlayn təlimlərə cəlb edilib.
Onlayn tədbirdə çıxış edən layihə rəhbəri Nərgiz Muxtarova layihə və onun məqsədləri, layihənin maliyyə mənbəyi və sahibkarlıq fəaliyyəti ilə bağlı məlumat verib.
Layihənin təlimçisi Rafət Şirəliyev qadın sahibkarlara biznesin təkmilləşdirilməsi, biznes planın yenidən qurulması, bazar araşdırması, marketinq təhlili, risklərin idarə edilməsi kimi mövzularda onlayn təlim keçib.
Növbəti mərhələdə təlimlərdə iştirak etmiş qadın sahibkarlara stimullaşdırıcı mal-material dəstəyi göstəriləcək. Bu dəstək təlimlərdə iştirak edən və dəstək almaq üçün müraciət formasını uğurla dolduran qadın sahibkarlara şamil olunur.

 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад