Главная > İqtisadiyyat > Köhnə Alvadı ərazisində taxıl əkini davam edir

Köhnə Alvadı ərazisində taxıl əkini davam edir


12-11-2020, 13:06. Разместил: yeni321
 Köhnə Alvadı ərazisində taxıl əkini davam edir 

Köhnə Alvadı kəndi ərazisində yay şumu uğurla davam edir. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Seymur Nuriyevdən aldığımız məlumata görə indiyə kimi 155 hektardan çox sahədə faktiki şum aparılmışdır.
Köhnə Alvadı kəndi ərazisində növbəti ilin kənd təsərrüfatı əkinləri üçün yay şumu uğurla davam edir.
Köhnə Alvadı kəndində payızlıq taxıl əkinləri də müvəffəqqiyyətlə davam edir. Belə ki, kəndli fermerlər indiyədək 16 hektar sahədə payızlıq əkini optimal müddətdə başa çatdırmışlar; 8 hektar sahədə buğda, 8 hektar sahədə vələmir əkilmişdir.
Əkin zamanı bütün aqrotexniki tədbirlərə riayət olunur.
Köhnə Alvadı kəndi ərazisində payızlıq dənli bitkilər əkini davam edir. Proqnozlaşdırılan daha 275 hektar sahə şumlanır.
Qeyd edək ki, cari ildə ərazidə 430 hektar sahədə şum vurulacaq.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад