Главная > İqtisadiyyat > Masallıda 868 ton çəltik tədarük olunub
Masallıda 868 ton çəltik tədarük olunub17-11-2020, 17:07. Разместил: yeni321 |
Masallıda 868 ton çəltik tədarük olunub Masallının bərəkətli torpaqları dədə-babadan çəltik yeri olub. Amma, uzun illər idi ki, təsərrüfatın gəlirli sahəsinə qayğı azalmış, faraş tərəvəzçiliyə üstünlük verilmişdi. Son illər kəndə təsərrüfatının bu vacib sahəsinə diqqət və qayğı artıb. Belə ki, cari iln məhsulu üçün Masallı rayonunda 253,9 hektar sahədə çəltik əkilib. Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə çəltik sahələrindən 868 ton məhsul yığılıb. Hər hektardan götürülən orta məhsuldarlıq 34,19 sentener təşkil edir. Qeyd etdiyimiz kimi, ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi regionlarda, o cümlədən Masallı rayonunda kənd təsərrüfatının bütün sahələrinin, eləcə də çəltikçiliyün inkişafına marağı artırıb. Masallıda ənənəvi təsərrüfat sahələrindən olan çəltikçilik yenidən bərpa edilib. Boradigah və Ərkivan qəsəbəsində, Xıl, Sərçuvar, Şıxlar, Tüklə, Qızılağac və Yeddioymaq kəndlərinin ərazilərində fermer və payıbəlli torpaq sahibləri bu il çəltikçilik sahəsində yüksək məhsul əldə ediblər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |