Главная > İqtisadiyyat / Aqrar > Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb

Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb


17-11-2020, 17:13. Разместил: yeni321
Masallıda 33 kiçik sututarın tikintisi başa çatıb 

“Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Körpü-bina tikinti” MMC-nin inşaatçıları Masallı rayonunun Sığdaş kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün birinci sututarın təmirini başa çatdırıblar. Bu, rayonda təmir edilən sayca 33-cü kiçik sututarıdır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Masallıdakı Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin verdiyi məlumata əsasən, Sərəncamın icrası istiqamətində indiyədək Masallı rayonunda 37 kiçik sututarından 33-də təmir-bərpa işləri aparılıb, 3 kiçik su tutarında isə təmir işləri bu ilin sonunadək başa çatdırılacaq.
Yeni su tutarlarının istismara verilməsi ərazidə min hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcək.

“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад