Главная > İqtisadiyyat / Aqrar > MASALLI - Tüklədə çay, Şərəfədə çiyələk, Həsənlidə yonca əkilir

MASALLI - Tüklədə çay, Şərəfədə çiyələk, Həsənlidə yonca əkilir


28-11-2020, 17:33. Разместил: yeni321
Tüklə ərazisində çay əkininə başlanıb 

Masallı rayonunun Tüklə ərazisində 10 hektar şumlanıb hazırlanmış sahədə çay şitili əkiləcək. Artıq bir neçə gündür ki, əkinə başlanıb. İndiyə kimi 4 hektar sahəyə Tüklə kəndinin yuxarı hissəsində, Məmmədobaya gedən yolun sağ tərəfində, özləri yetişdirdikləri və Lənkəran rayonundan gətirilmiş ikiillik çay şitili köçürülüb. Təzə əkilmiş şitillər suvarılır.
  Qeyd edək ki, çay əkinində otuz nəfərdən çox qadın çalışır. Təzə çay əkini plantasiyaları kənd sakinləri Seyran Nəcəfov, Təbib Mehdiyev və Əbdül İsmayılovun başçılıq etdikləri fermer təsərrüfatları vasitəsil həyata keçirilir.
Tüklə ərazisində yeni çay əkinləri bu ayın axırına kimi başa çatdırılması nəzərdə tutulur.


Şərəfədə çiyələk şitilləri sahələrə əkilir

Bol məhsul keyfiyyətli və sağlam şitildən başlanır. Bir neçə gündür ki, Masallı rayonunun Şərəfə kəndi ərazisində çiyələk əkininə başlanılıb. Belə ki, kənddə sahələr şumlandıqdan sonra, ərazidə çiyələk şitillərinin əkilməsi üçün çərgələrarası xətlər çəkilib.
Ərazidə çiyələk əkininə geniş yer verilir. Kənddə əsasən yerli iqlimə uyğun çiyələk sortları əkilir. İlk olaraq torpağa aqrotexniki qulluq göstərilir. Sahələr gübrələndikdən sonra əkinə başlanılır.
Qabaqcıl və təcrübəli fermer Rafət Abbasov hər il olduğu kimi gələn il də məhsuldarlığın bol olacağına əmindir. Çünki, bol məhsulun əsası məhz bu günlər qoyulur. 4 hektara yaxın sahədə çiyələk əkiləcək və hazır cərgələnmiş sahələrə 250 minədək şitil köçürüləcək. Hər fəhlə gün ərzində 3000-4000 min şitil əkir. Çiyələk sahəsində hazırda 15 nəfərdən çox fəhlə işləyir. Manqabaşçısı Rafiq Abbasov, qabaqcıl çiyələkçilərdən Qızqayıt Cəfərova, Mahirə Məmmədova, Kəmalə Cəfərova və başqaları əkinin optimal müddətdə başa çatdırmasına səylə çalışırlar.
Rafət ixtisasca aqronomdur. Əkin zamanı məsləhətlərini verir. O, bu sahədəki yaxşı işinə görə ölkə Prezidentinin «Tərəqqi» medalı ilə təltif olunub. Çiyələkdən yaxşı gəlir əldə etdiyini bildirir. Onun qeyd etdiyinə görə, Türkiyədən gətirilən çiyələk sortu davamlılığı, uzaq məsafəyə daşınmasına görə daha əlverişli hesab olunur.
Ötən il Rafət Abbasovun başçılıq etdiyi kollektiv çiyələk sahəsindən 70 tona yaxın məhsul toplanıb ki, bunun da 40 tondan çoxu Rusiya Federasiyasının bazarlarına çıxarılıb.
Hazırda bünövrəsi qoyulan çiyələyin yığımına gələn ilin aprelin sonlarında başlanılacaq.

 

Yonca qiymətli ot bitkisidir

Heyvandarlıq məhsullarının artırılmasında əhəmiyyətli rol oynayır. Bunu nəzərə alan Həsənli sakinləri 4 hektar sahədə yonca əkmişlər.
Kənd ərazi nümayəndəliyindən verilən məlumata görə əkin zamanı əlverişli torpaq sahəsi seçilib, suvarılması mümkün olan yer müəyyən olunub. Çünki, yonca əkinləri, yemlik yonca sahələrinə nisbətən daha çox su tələb edir. Suvarılmanın aparılması müddəti və miqdarı ot örtüyünün yaşından, səpin müddətindən və istifadə olunması məqsədindən asılıdır.
 
Yonca həyatının birinci ilində, ikinci ilinə nisbətən zəif boy atır və yatmır, odur ki, vegetasiya dövründə suvarmanın miqdarı iki illik əkinlərə nisbətən artıq olmamalıdır. Yoncanın vegetasiya suvarmalarının sayı 2-4 həddində olmalıdır.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад