Главная > İqtisadiyyat / Səhiyyə > Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək göstərilib
Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək göstərilib30-11-2020, 19:22. Разместил: yeni321 |
Masallıda pandemiyadan zərər çəkmiş qadın sahibkarlara dəstək göstərilib Masallı rayonunda pandemiyadan zərər çəkmiş 10 qadın sahibkara bizneslərinin inkişafı etdirilməsi və bu istiqamətdə əlavə gəlirlərin əldə edilməsini stimullaşdırmaq məqsədilə dəstək göstərilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı, “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “COVİD -19 pandemiyasından zərər çəkmiş qadın sahibkarlar üçün “Biznesin Təkmilləşdirilməsi” üzrə təlimlərin təşkili” layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş 10 qadın sahibkarın müraciət formasına əsasən onlara zəruri avadanlıq və alətlər verilmişdir. Avadanlıq və alətlər dərziçilik, arıçılıq, quşçuluq, süd məhsullarının istehsalı, konservləşdirmə və un məmulatlarının istehsalı ilə məşğul olan qadın sahibkarlarla birbaşa birliyinin sədri Nərgiz Muxtarovanın iştirakı ilə yaşadıqları ünvanlarda təqdim edilib. Layihə çərçivəsində ilk olaraq 25 nəfər qadın sahibkar seçilmiş, onlar üçün üç gün ərzində zoom platforması vasitəsilə biznesi təkmilləşdirməyə yönəlmiş distant təlimlər təşkil edilmişdir. Distant təlimlərdən sonra müraciət edənlər arasında pandemiyadan zərərçəkən, gəlirləri azalmış, layihə kriteriyalarına uyğun olan 10 qadın sahibkar seçilmiş və onlara yuxarıda qeyd edilmiş formada dəstək göstərilmişdir. Qeyd edək ki, layihənin məqsədi qısa zaman ərzində COVİD -19 pandemiyasından zərər çəkmiş qadın sahibkarların iqtisadi biliklərinin artırılması, onların bizneslərinin təkmilləşməsinə nail olmaq və stimullaşdırıcı tədbirlər həyata keçirməkdir. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |