Главная > İqtisadiyyat / Aqrar > Masallıda doqquz mindən çox tut tingi əkilib

Masallıda doqquz mindən çox tut tingi əkilib


15-12-2020, 15:34. Разместил: yeni321
Masallıda doqquz mindən çox tut tingi əkilib

Masallı rayonunda ənənəvi təsərrüfat sahələrindən biri baramaçılıqdır. Uzun illər rayonda tənəzzül dövrünü yaşayan kənd təsərrüfatının bu gəlirli sahəsi dövlət dəstəyi ilə yenidən inkişaf etdirilir.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə yeni tut bağları salınır.
Bu günlərdə rayona 9070 ədəd tut tingi gətirilərək ərazilər üzrə əkilib. Tinglərin əkinində mütəxəssislər yaxından iştirak ediblər.
Yeni tinglərin əkilməsi ilə yanaşı, mövcud tut bağlarına da aqrotexniki qaydada qulluq göstərilib.

 

“Yeni həyat”,      
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад