Главная > İqtisadiyyat / Təhsil > MASALLI - Kolatan ərazisində artezian quyusu qazılıb

MASALLI - Kolatan ərazisində artezian quyusu qazılıb


1-02-2021, 17:32. Разместил: yeni321
MASALLI - Kolatan ərazisində artezian quyusu qazılıb 

Masallı rayonunun Kolatan ərazisində artezian quyusu qazılıb.
İllərdir ki, məktəblilərin içməli suya olan tələbatı ilə əlaqədar Bala Kolatan kənd tam orta məktəbində narahatlığa səbəb olan su-artezian quyusu qazılaraq kollektivin istifadəsinə verilib.
Belə ki, ərazi xeyriyyəçilərinin təşəbbüsü və təşkilatçılığı ilə Kolatan ərazisində bir çox xeyriyyə layihələri həyata keçirilib ki, bu da kənd xeyriyyəçilərinin növbəti layihəsi əsasında gerçəkləşib.
Görülmüş bu nümunəvi nəcib iş şagirdlər tərəfindən sevinclə qarşılanıb, rayon ictimaiyyəti tərəfindən təqdirəlayiq qəbul edilib.
 
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад