Главная > İqtisadiyyat > Masallı şəhərində abadlıq işləri davam edir

Masallı şəhərində abadlıq işləri davam edir


3-02-2021, 19:25. Разместил: yeni321
Masallı şəhərində abadlıq işləri davam edir 

2020-ci il ərzində Masallı şəhər ərazisində aparılan təmir-tikinti, abadlıq və quruculuq işləri davamlı olaraq həyata keçirilmişdir.
Bununla yanaşı S.Vurğun küçəsində 400 p/m suötürücü quraşdırılmış, 300 kvadratmetr tamet daşları, 310 p/m beton səki daşları düzülmüş, 10 ədəd işıq dirəyi quraşdırılmış və küçə boyu mövcud hasarlar təmir edilmişdir. Azərbaycan küçəsində 410 kvadratmetr yeni mişar daşından hasarların hörgü işləri aparılmış, 200 kvadratmetr mövcud hasarlarda təmir-bərpa işləri aparılmışdır. Ümumilikdə 2035 kvadratmetr hasar suvanmışdır. Küçədə ümumilikdə 890 kvadratmetr ölçüsündə piyada səkiləri yenidən qurulmuşdur. Hazırda hasarların yüksək keyfiyyətli emulsiya boyası ilə rənglənmə işləri davam etdirilir.
“20 Yanvar” küçəsində 460 p/m suötürücü quraşdıırlmış, 1050 kvadratmetr piyada səkilərinin təmiri və 25 ədəd metal işıq dirəklərinin qurulması işlərinə başlanılmışdır. Hazırda işlər davam etdirilir.
H.Aslanov küçəsində ümumilikdə 420 metr suötürücü quraşdırılmış, piyada yolunun 550 kvadratmetr hissəsində beton səki daşlarının döşənməsi işləri davam etdirilir. Küçədə 290 kvadratmetr yöndəmsiz hasarlar sökülmüş və yerində kərpiç materiallı və metal konstruksiyadan ibarət hasarlar inşa edilmişdir. Mövcud mişar daşından olan hasarların 460 kvadratmetr hissəsi təmir olunmuş və hazırda boyama işləri həyata keçirilir. Bununla yanaşı həmin hasarların üzərində 210 p/m ölçüsündə dəmir vərəqlərdən ibarət örtüyün quraşdırılması işləri aparılır.
Z.Əliyeva küçəsində yenidən qurulan piyada səkilərinə 420 kvadratmetr tamet döşənmiş, 300 p/m bardür düzülmüş, 11 ədəd işıq dirəyi quraşdırılmışdır. Küçədə yerləşən 900 kvadratmetr mövcud hasarlar suvanmış, boyama işləri tamamlanmışdır.
B.Vahabzadə küçəsində yenidən qurulan piyada səkilərinə 600 m2 tamet döşənmiş, 400 p/m bardür düzülmüş, 18 ədəd işıq dirəyi quraşdırılmışdır. Küçədə yerləşən 759 kvadratmetr mövcud hasarlar suvanmış, boyama işləri tamamlanmışdır. Küçədə 420 kvadratmetr kərpiç materiallı və metal konstruksiyadan ibarət hasarlar inşa edilmişdir. Əlavə olaraq 200 kvadratmetr daş hasar tikintisi aparılmışdır.
Heydər Əliyev prospektində, Azərbaycan, Qarabağ və Z.Əliyeva küçələrində yerləşən piyada səkilərində ötən ildən başlayaraq ümumilikdə 1360 kvadratmetr  pandusların quraşdırılma işləri davam etdirilir.
Xətai küçəsində yenidən qurulan piyada səkilərinə 1200 kvadratmetr tamet döşənməsi, 1000 p/m bardürün düzülməsi 35 ədəd işıq dirəyinin qoyulması işləri davam etdirilir. Küçədə 300 kvadratmetr  kərpiç materiallı və metal vərəqlərdən ibarət hasarlar inşa edilmişdir.
Şəhərin H.Əliyev prospekti döngə 2, B.Vahabzadə, Babək, M.C.Paşayev, Təbriz, Niyazi, Z.Əliyeva, C.Cabbarlı, Bülbül, M.Hadi, Ə.Ələkbərov, Ə.Əzimzadə, Nəsimi, Q.Qarayev, Koroğlu, R.Abbasov, F.Əmirov, M.F.Axundov, S.Vuğun küçələrinə ümumilikdə 36940 kvadratmetr asfalt döşənmişdir. Bununla yanaşı şəhərin Seybətin, R.Abbasov, Digah, Dadva, Qurtuluş küçələrinə və Kosakül yaşayış məntəqələrinə daş-çınqıl materialı verilmiş və hamarlanmışdır.

 www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад