Главная > İqtisadiyyat / Aqrar > Masallıda arıçılıq təsərrüfatlarının sayı artıb
Masallıda arıçılıq təsərrüfatlarının sayı artıb10-02-2021, 22:21. Разместил: yeni321 |
Masallıda arıçılıq təsərrüfatlarının sayı artıb Masallı rayonunda kənd təsərrüfatının digər ənənəvi təsərrüfat sahələri kimi, arıçılıq da məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi sayəsində inkişaf edir. Rayonda arıçılıqla məşğul olanların və arı ailələrinin sayı ilbəil artır. Hər arı pətəyinə görə subsidiyanın verilməsi məhsul istehsalçılarının bu sahəyə marağını daha da artırıb. Masallı Rayon Statistika İdarəsindən bildirilib ki, rayonda arıçılıq təsərrüfatlarının sayı 23 təsərrüfat artaraq 642-yə, arı ailələrinin sayı isə 264 ailə artaraq 9711-ə çatdırılıb. Qeyd edək ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Masallı rayonunda da arıçılıqla məşğul olanlara dövlət büdcəsinin vəsaiti hesabına subsidiya ödənilir. www.yeniheyet.az Вернуться назад |